Daşqın İskəndərov da SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edildi

Daşqın İskəndərov da SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edildiDaşqın İskəndərovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2023-cü il tarixdə Sərəncam imzalayıb.
"Daşqın Ələm oğlu İskəndərov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilsin"- sərəncamda qeyd edilir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İskəndərov Daşqın Ələm oğlu 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1985-1991-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsində təhsil alaraq, "dağ mühəndisi" ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1991-ci ildə 28 May NQÇİ-nin 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi başlayıb. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəis müavini və rəisi vəzifələrində çalışıb. 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində (ABƏŞ), daha sonra isə "BP Exploration Caspian Sea Limited" şirkətində Əməliyyatlara nəzarət mərkəzində texnik, istehsalat üzrə sahə rəhbəri vəzifələrində işləyib. 2007-2010-cu illərdə "Azneft" İB-nin 28 may NQÇİ-nin rəisinin birinci müavini və rəisi olub. 2010-cu ildə "Azneft" İB-də Baş direktorun 1-ci müavini- baş-mühəndis, 2011-ci ildə Baş direktor vəzifəsinə təyin edilib.
2019-cu ildən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndisi" fəxri adı, 2017-ci ildə isə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub. Texnika elmləri doktoru, 2 monoqrafiyanın, 20-dən çox elmi məqalənin, 12 ixtira və patentin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. / banker.az

Xəbərlər     Tarix: 28 iyul 2023

Oxşar xəbərlər

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör


iqtisadi xeberler biznes krediti valyuta kurslari bitkoin almaq iqtisadiyyat xeberleri