Dövlətin dəstəyi ilə artıq bir başlanğıc etmişəm' - Qazi

Dövlətin dəstəyi ilə artıq bir başlanğıc etmişəm' - QaziƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır. Vətən müharibəsindən sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib. 
azxeber.com xəbər verir ki, özünüməşğulluq proqramına cəlb olunaraq öz işinin sahibi olan şəxslərdən biri Əhmədov Kamran Ənvər oğludur. Kamranın iki qardaşı 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Bir qardaşı həlak olub, digəri isə 2-ci qrup əlildir. Kamran 2009-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən təxris olunduqdan sonra yaşadığı Göyçay rayonunda tikinti sahəsi üzrə çalışmağa başlayıb. 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qoşulub. Ağdam, Tərtər istiqamətlərində gedən doyüşlərdə iştirak edib. Ağdamın azad olunmasına görə, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilib. Kamran deyir ki, atası Ənvər Əhmədov qaynaqçıdır. Təkcə rayonda deyil, ümumilikdə zona üzrə ən peşəkar qaynaqçılardan biri kimi tanınıb. Əlvan metalları belə qaynaq etməyi bacaran atasından bu peşənin sirlərini mənimsəyib. Elə bu səbəbdən də Dövlət Məşğulluq Agentliyinə məhz bu sahə üzrə işini qurmaq üçün müraciət edib. Özünüməşğulluq proqramı çərçivəsində Kamran Əhmədov qaynaq avadanlıqları ilə təmin edilib. Hazırda o, öz işinin sahibidir. "Qaynaq mənə atamdan qalan sahədir. Bu istiqamətdə daha çox işlər görmək istəyirəm. Dövlətin dəstəyi ilə artıq bir başlanğıc etmişəm. Daha yaxşı olacağına inanıram". 
Dövlətin dəstəyi ilə artıq bir başlanğıc etmişəm' - QaziAgentlik tərəfindən postmüharibə dövründə 8000-dək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub. Özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə 30 istiqamət üzrə dəstək göstərilir. Bura kənd təsərrüfatı, istehsal və xidmət sahələri daxildir. 
Bu proqramın uğurlu ştirakçılarından daha biri Göyçay sakini Qedirov Etibar Elburus oğludur. O da Vətən müharibəsinə könüllü qatılan qəhrəmanlarımızdandır. Xocavənd, Ağdam və Füzuli rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. 8 Noyabr tarixində Xocavənd rayonunda güllə yarası yarası alıb. "Qələbə xəbəri gələn zaman mən hospitaldaydım. Əlbəttə bu tarixi xəbəri orada almaq istəməzdim. Amma sevincimdən ağrılarımı belə unutmuşdum". E.Qədirov Xocavəndin azad olunmasına görə, Cəsur döyüşçü medalları ilə təltif edilib. "Çox şükür müharibə bizim qələbəmizlə bitdi və artıq mülki həyata qayıtmaq vaxtı idi. İnsan işləyəndə, bir fəaliyyəti olanda bu daha rahat olur. Ötən il özünüməşğulluq proqramına qoşuldum. Kurslarda iştirak etdim və təkər təmiri avadanlıqları ilə təmin olundum. Öz işim ilə ailəmi dolandırıram". 
Dövlətin dəstəyi ilə artıq bir başlanğıc etmişəm' - QaziDigər bir müsahibimiz isə Təhməzov Nəcməddin Mövlud oğludur. Qusar rayonunda anadan olub. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Zirehli döyüş maşının tuşlayıcı operatoru kimi onlarla uğurlu döyüş əməliyyatında iştirak edib. Füzulinin Horadiz kəndində yaralanan Nəcməddin, ehtiyyata buraxılıb. O da qələbə sevincini müalicə aldığı hospitalda yaşayıb. Füzulinin, Xocavəndin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilib.
Dövlətin dəstəyi ilə artıq bir başlanğıc etmişəm' - Qazi3-cu qup Qarabağ əlili kimi ehtiyyata buraxılan Nəcməddin Təhməzov hazırda doğulduğu Qusar rayonunda iş fəaliyyəti ilə məşğuldur. Bu istiqamətdə ona dövlət dəstəyi göstərilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib və istəyi əsasında avtoyuma avadanlıqları ilə təmin edilib.  

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler biznes ideyalari dollarin kursu bu gun 1000 manatla biznes valyuta xeberleri