Ədliyyə Nazirliyi "Google"u MƏHKƏMƏYƏ VERDİ
ABŞ Ədliyyə Departamenti və səkkiz ştat "Google"u onlayn reklam bazarındakı dominant mövqeyi ilə rəqabətə zərbə vurmaqda ittiham edərək məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Texnologiya şirkətinə qarşı məhkəməyə Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu-York, Rod–Aylend, Tennessi və Virciniya ştatları da qoşulub.
Bildirilib ki, "Google" kampaniyaya qatılaraq qeyri-qanuni üstünlüyünü qoruyub saxlayıb.
Qeyd olunub ki, texnologiya şirkəti reklam verənləri öz məhsullarından istifadə etməyə məcbur edib.
ABŞ Baş prokuroru Merrik Qarland bildirib ki, 15 il ərzində "Google"un rəqabətə zidd davranışları vebsaytlar üçün reklam gəlirlərinin azalması, marketoloqlar üçün isə xərclərin çoxalması ilə nəticələnib.
Qeyd edək ki, bu, 2020-ci ildən bəri federal hökumətin şirkətə qarşı ikinci antiinhisar şikayətidir. "Google" digər dövlət və özəl qurumlar tərəfindən antiinhisar məhkəmələrinin hədəfinə çevrilib.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Dünyanın ən varlı 10 müğənnisi
Digital Card nədir?
Françayzinq nədir və necə olur?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları