Elektromobillərin və hibrid avtomobillərin yeni qaydada kreditləşdirilməsinə başlanılır
Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda" oktyabrın 1-dən qüvvəyə minəcək.
Bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev bildirib.
Xatırladaq ki, Qaydaya əsasən, Azərbaycanda kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək. İstehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq.
Həmçinin, hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.
© Report / marja.az
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr
ABB DigiLife onlayn jurnalını təqdim etdi
ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət. Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığın
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü