Əmanətlərin Sığortalanması Fondu "Günay Bank"ın kreditorlarına müraciət edib
Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu "Günay Bank" ASC-nin kreditorlarına müraciər edib.
Müraciətdə deyilir:
"Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə "Günay Bank" müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub.
"Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
– kreditorun adı və ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, 18 iyul 2023-cü il tarixinə qədər tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
"Günay Bank"ın Baş ofisi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45
Əlaqə: (+994) 941 / banker.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
İnvestisiyanın necə cəlb etmək olar?
İlon Mask kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Mcdonalds françayzinqi neçiyədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?