Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı

Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı"Nar" ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərən abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. Modern.az İnfromasiya Agentliyinin media dəstəyi ilə baş tutan layihə çərçivəsində mükafatlandırma mərasimində ilin ən uğurlu abituriyenti adını qazanan 10 gəncə "Nar"-dan ən müasir smartfonlar, eləcə də 700 AZN dəyərində balans təqdim edildi.
Tədbirdə iştirak edən qonaqlar - Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil ictimaiyyəti üzvləri, media mənsubları abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. "Nar"ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov gəncləri təbrik edərək onlara gələcək təhsil və karyeralarında müvəffəqiyyətlər arzuladı. "Bu yüksək göstərici böyük əzm və zəhmətinizin bəhrəsidir. Mən inanıram ki, həyatınızda hələ bir çox uğurlar sizi gözləyir və yeni-yeni nailiyyətləriniz ilə hamımızı sevindirəcəksiniz."- deyə Əziz Axundov sözlərinə əlavə etdi.    
Xatırladaq ki, "Nar" Modern.az İnformasiya Agentliyinin media dəstəyi ilə 2017-ci ildən bu layihəni həyata keçirir. Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq "Nar"ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. 
Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldıƏn yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı

Xəbərlər     Tarix: 24 avqust 2022

Oxşar xəbərlər

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

ABŞ-da işsizlik sığortası müraciətləri azalıb

ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,

Fransaya 9,2 milyard avro sərmayə qoyulub - Şirkət rəhbərləri narazıdır

Fransa Maliyyə Nazirliyi şirkətlərin ölkəyə sərmayə qoymaq üçün 9,2 milyard avro öhdəlik götürdüyünü açıqlayıb. Siyasi təlatümlərə baxmayaraq, hökumət avrozonanın ikinci ən böyük iqtisadiyyatının cəlbedici biznes məkanı olara


iqtisadi xeberler bitcoin qiymeti bitkoin qiymeti dollar manat kursu pul qazanmaq