Expressbank 15 mln. əməliyyat mənfəəti əldə edib – Maliyyə hesabatı

Expressbank 15 mln. əməliyyat mənfəəti əldə edib – Maliyyə hesabatı®Expressbank 2024-cü ilin lll rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın əməliyyat mənfəəti 15% artaraq, 15 mln. manatdan çox olub. Bankın aktivləri isə 573,7 mln. manata yüksəlib.
Hesabat dövründə Bankın depozit portfeli 236.5 mln. manata çatıb. Əhalinin Expressbanka yatırdığı əmanətlərin həcmi isə 24% artıb və 189 mln. manat təşkil edib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Cari ildə biznes kreditləri üzrə, xüsusilə mikro kredit istiqamətində fəaliyyətini genişləndirən Expressbank biznes kredit portfelini 24% artıraraq, 140 mln. manata yüksəldib. Bununla da Bankın kredit portfelinin ümumi həcmi 468 mln. manat təşkil edib.
Kredit portfelinin artımı faiz gəlirlərinə də müsbət təsir edib. Belə ki, Bank hesabat dövründə 35.5 mln. manat xalis faiz gəliri əldə edib. Bu göstərici isə ötən il analoji dövrü ilə müqayisədə 15% artım deməkdir. Qeyri-faiz gəlirləri isə 9% artaraq, 15 mln. manat təşkil edib.
Bank cari ilin üç rübü üzrə 9 mln. Manatdan çox xalis mənfəət əldə edib.
Qeyd edək ki, beynəlxalq reytinq agentliyi "Fitch Ratings" 2024-cü ilin oktyabr ayında Expressbankın reytinqini gözlənti stabil olmaqla "B+" səviyyəsinə yüksəldib. Beləliklə, Expressbankın dayanıqlılıq və emitentin uzunmüddətli defolt reytinqi "B" səviyyəsindən "B+" səviyyəsinə qalxıb. "Fitch" ekspertləri bankın cəmi likvid aktivlərinin depozitlərin üçdəbirini təşkil etməsi ilə Bankın adekvat likvidlik buferinin olduğunu qeyd ediblər. Həmçinin bu göstəricilərin yaxın gələcəkdə uğurla davam edəcəyinin gözlənildiyi vurğulanıb.
"Expressbank" ASC 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Expressbank – İşiniz rahat getsin! / banker.az

Banklar     Tarix: 15 oktyabr 2024

Oxşar xəbərlər

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?. Azərbaycanda əməkhaqqı alan işçilərə maaşlarını əldə edəcəkləri bankı özlərinin seçməsi imkanı yaradılacaq. Yeni mexanizmin 2027-ci il apreli

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət. Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığın

"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb

BOKT "İdeal Kredit" MMC 2026-cı ilin ilk yarısında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 15 min 89 manat və ya 117,5 faiz çoxdur. Ötən ilin ilk yarısınd

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib /

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə

Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ

Mərkəzi Bankın bu il iyunun 25-də təsdiqlədiyi "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na edilən dəyişikliklər


iqtisadi xeberler en son xeberler dollar mezenne depozit faizleri dollar məzənnəsi