Expressbank ABA-nın ağacəkmə aksiyasında iştirak edib
®Dayanıqlı inkişaf və sosial rifah naminə ardıcıl təşəbbüslərlə çıxış edən Expressbank növbəti kütləvi ağacəkmə aksiyasında iştirak edib.
Aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"u çərçivəsində baş tutub və onlarla maliyyə institutunun əməkdaşlarını ortaq hədəf üçün bir araya toplayıb.
Aksiyada Expressbank əməkdaşlarının iştirakı ilə 625 ədəd ağac Eldar şamı və zeytun ağaclarının əkilməsinə dəstək göstərilib.
Qeyd edək ki, Expressbank mütəmadi olaraq Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi ağacəkmə aksiyalarında iştirak etməklə yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində, fərdi şəkildə, əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyaları həyata keçirir. 2024-cü ilin payız ağacəkmə mövsümündə Bank əməkdaşları tərəfindən "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu ərazisində 300 ədəd Eldar şamı ağacı əkilib.
Ekoloji balansın qorunmasına və dayanıqlı bankçılığa töhfə vermək Expressbankın strateji hədəflərindən biridir.
Expressbank – İşiniz rahat getsin! / banker.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
ABB DAVR-a lisenziya verildi
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
"Coca-Cola" haqqında 5 maraqlı fakt