Gələn il Rumıniya Azərbaycandan təxminən 300 mln. kubmetr qaz alacaq
Rumıniyanın "Romgaz S.A." şirkəti 2023-cü ilin birinci rübündə təxminən 300 milyon kubmetr Azərbaycan qazı alacaq.
Xəbər verildiyi kimi, dekabrın 16-da SOCAR ilə Rumıniyanın "Romgaz S.A." şirkəti arasında 2023-cü ildən etibarən Azərbaycan qazının tədarükünə dair müqavilə imzalanıb.
"İmzalanmış qısamüddətli spot müqavilə 2025-cü il yanvarın 1-dən aprelin 1-dək SOCAR trəfindən 300 milyon kubmetrədək tədarükü nəzərdə tutur", – "İnterfaks-Azərbaycan" ICIS-a (Independent Commodity Intelligence Services) istinadən məlumat verir.
Gündəlik tədarükün həcmi 4.2 milyon kubmetrədək təşkil edəcək.
Öncə SOCAR məlumat verib ki, müqavilə çərçivəsində "Romgaz S.A." 2023-cü il yanvarın 1-dən etibarən təbii qaz Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə nəql ediləcək.
Öz növbəsində, "Romgaz S.A." öz məlumatında qeyd edir ki, "bu müqavilənin imzalanması ilə tələbatın ödənilməsi məqsədilə Azərbaycan qazına çıxış imkanı təmin edilir".
Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Avropaya qaz ixracının həcmi 8,2 milyard kubmetr təşkil edib. 2023-cü ildə ixracın həcmi 24 milyard kubmetrədək, o cümlədən Avropaya ixracın ən azı 11,6 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir. / banker.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bitcoin nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Shopify-da necə satışa başlamaq olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes nədir?