"Günay Bank"ın əməliyyat mənfəəti azalıb
"Günay Bank" AS 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Günay Bank" 2022-ci ili 490 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 410 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər Türk Bank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 80 min manat və ya və 19,5% artıb. Artım mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmanın azalmasından qaynaqlanır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2022-ci ildə "Günay Bank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 983 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 11,6% və ya 2 milyon 495 manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 21 milyon 488 min manat təşkil etmişdi.
2022-ci ildə "Günay Bank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 21 milyon 759 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 14,7% və ya 2 milyon 798 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 18 milyon 961 min manat təşkil etmişdi.
Ötən il "Günay Bankı"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 224 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 2 milyon 527 min manat təşkil etmişdi. Əməliyyat mənfəətinin 303 min manat azalması xərclərin gəlirlərdən daha çox artması ilə bağlıdır.
2022-ci ildə "Günay Bank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 1 milyon 547 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 571 min manat azdır. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 2 milyon 118 min manat ayırmışdı. Ayırmanın azalması mənfəət vergisindən əvvəlki mənfəətin daha yüksək olmasını təmin edib.
"Günay Bank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 9,7% və ya 24 milyon 848 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 281 milyon 317 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 256 milyon 469 min manat cəmi aktivlərə malik idi.
31 dekabr 2022-ci il tarixində "Günay Bank" 64 milyon 634 min manat məcmu kapitala malik olub.
Xəbər yenilənəcək...




Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyada ən çox oxunan 5 kitab
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Biznes plan necə yazılır?