Gürcüstanın sınağı: Müharibədən sonra gələn 20-25 min İT mütəxəssisini ölkədə saxlaya biləcəkmi?

Gürcüstanın sınağı: Müharibədən sonra gələn 20-25 min İT mütəxəssisini ölkədə saxlaya biləcəkmi?Rusiyanın Ukraynaya hücumu hər iki tərəfdən kütləvi beyin axınına səbəb olub. Gürcüstanda Rusiya, Ukrayna və Belarusdan olan 20 min İT mütəxəssisi var. Ölkə bu ixtisaslı işçi qüvvəsini əldə saxlaya biləcəkmi?
Gürcüstan hökuməti bildirir ki, ölkədə Rusiya, Belarus və Ukraynadan olan 80 mindən çox mühacir yaşayır. 4 milyon əhalisi olan Gürcüstana Rusiyanın Ukraynanı işğalından sonra gələn 80 min nəfərin 30 mini müharibədən sonra ölkəsini tərk etmiş Rusiya vətəndaşlarıdır. Bu 80 min nəfərin 20-25 mini adıçəkilən ölkələrdən qaçmış informatika mütəxəssisləridir.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, rusiyalı İT mütəxəssisləri internetə nəzarətin artması, beynəlxalq sanksiyaların iqtisadiyyata  təzyiqləri və xarici şirkətlərin Rusiyanı tərk etməsi kimi səbəblərdən öz ölkələrini tərk edirlər. Bu səbəbdən ölkələrini tərk etməli olan İT mütəxəssisləri Gürcüstan, Qazaxıstan, Türkiyə, BƏƏ və İsrail kimi onlara rahatlıqla viza verən ölkələrə mühacirət edirlər. Bu kütləvi miqrasiyanın tətikləyiciləri arasında əsas avadanlıqların təchizatı problemləri və xarici şirkətlərin ölkədən çıxarılması kimi ciddi problemlər var.
Bu gənc, təhsilli və maliyyə cəhətdən özlərini təmin edən istedadlı insanlar əslində Berlin, Lissabon və London kimi şəhərlərin sərvət xərclədiyi insanlardır. İT mütəxəssisləri bütün dünyada müştərilərlə uzaqdan, yəni distant işləyə bildikləri üçün Gürcüstanda qalırlar və bu ölkədə iqtisadi imkanlar və biznes mühitləri yaratmağı təmin edirlər.
Gürcüstan Mərkəzi Bankının keçmiş qubernatoru Giorgi Kadagidze bu barədə deyir: "Bütün dünya bu insanları cəlb etmək yarışındadır. Biz Şərqin Portuqaliyası ola bilərik. Gürcüstan  güclü maliyyə sektoru, çimərlikləri, dağları və mülayim iqlimi ilə özünü təhlükəsiz sığınacaq kimi tanıtmalıdır".
Bir çox mühacirin viza problemini həll etdikdən sonra Gürcüstanı tərk edəcəyinə diqqət çəkən Kadagidze hökumətin bu insanları qalmağa razı sala biləcək bir mühit yaratmağa müvəffəq olmayacağını düşünür.
Gürcüstan müxalifəti isə hakimiyyətin Moskvanın "suyuna getdiyini" iddia edir. İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə bu iddiaların ədalətsiz və siyasi olduğunu düşünür. Gürcüstanlı nazir vurğulayır ki, kəşfiyyat bölmələri agentləri vasitəsilə rusları izləyir. Davitaşvili şirkətlərə və sahibkarlara bank əməliyyatlarında kömək etmək üçün komanda yaratdıqlarını da bildirir.
Güman edilir ki, Gürcüstandakı Rusiya şirkətləri hökumətin bu hərəkətlərinə o qədər də fikir vermir. Onlar düşünürlər ki, bir çox ruslar vizasız daxil ola bildikləri üçün Gürcüstana üstünlük verirlər və lazımi sənədləri düzəldən kimi Gürcüstanı tərk edəcəklər.
 
 
 
 
 

Xəbərlər     Tarix: 14 iyul 2022

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin


iqtisadi xeberler dollar məzənnəsi birbank depozit faizleri investisiya