Güzəştli mənzil alanlar Azər Türk Banka müraciət edə bilərlər
Dövlət bankı Azər Türk Bank "MİDA" MMC ilə əməkdaşlıq müqaviləsinə əsasən mənzil əldə etmək üçün müraciət edən şəxslərə güzəştli ipoteka kreditlərinin verilməsini davam etdirir.
Qeyd edək ki, 16 dekabr 2023-cü il tarixindən etibarən MİDA tərəfindən satışına başlanan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün bu keçid vasitəsilə Banka müraciət edə bilərlər.
Kreditlər illik 4%-lə 30 il müddətinədək rəsmiləşdirilir. İlkin ödəniş 10% həcmində müəyyən edilmişdir.
Güzəştli ipoteka kreditləri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / marja.az
Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb
Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab
Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ
Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə
Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca