Hacı Əliyev: "Qələbəmi Prezident İlham Əliyevə həsr edirəm"
"Cənab Prezident həmişə olduğu kimi bu dəfə də idmançıları tək qoymadı, gəlib bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edirəm".
KONKRET.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanması barədə danışarkən deyib.
65 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı İslamiadanın çox güclü yarışlardan biri olduğunu bildirib: "Bilirsiniz ki, 2017-ci ildə Bakıdakı Oyunlarda da qalib gəlmişdim. Sevindirici haldır ki, burada da qızıl medal qazandım".
Əliyev iranlı Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşməsinə də toxunub: "Mənə qarşı çox haqsızlıq oldu. Amma buna baxmayaraq, xalçada öz gücümü göstərdim. Əvvəlki mərhələdə Türkiyə idmançısı Hassan Aliyə uduzmuşdu. Hakimlər istəyirdilər ki, öz güləşçiləri üçün medal şansı yaransın. Bununla belə, öz işimin öhdəsindən gəldim".
Üçqat Avropa və üçqat dünya çempionunun sözlərinə görə, əsas hədəfi 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır: "Qarşıda dünya çempionatı var. Orada iştirak edib-etməyəcəyimi bilmirəm. Bütün gücümü olimpiadaya saxlamaq istəyirəm. Gələn il lisenziya turnirləri var".

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Ev şəraitində pul qazanmağın yolları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?