Hakimlərin maaşında fantastik artım - Məhkəmələrdə rüşvətə son qoyulacaq? - SİYAHI

Hakimlərin maaşında fantastik artım - Məhkəmələrdə rüşvətə son qoyulacaq? - SİYAHI"Konstitusiya Məhkəməsi haqqında" və "Məhkəmələr və hakimlər haqqında" qanunlara dəyişikliklərə əsasən, sentyabrın 1-dən hakimlərin maaşı 27% artacaq.
azxeber.com  modern-ə istinadən xəbər verir ki, məhkəmələrdə gözlənilən artımla bağlı hesablama aparan hüquqşünas Əkrəm Həsənov deyib ki, Konstitusiya Məhkəməsi sədrinin maaşı 5544,06 manatdan 7026,02 manata, Ali Məhkəmə sədrinin aylıq məvacibi isə 5637,39 manatdan 7182,21 manata çatacaq.
Qanundakı faiz nisbətlərinə əsasən digər hakimlərin xalis rəsmi gəliri təxmini (staj və elmi dərəcə meyarlarına görə fərqlər ola bilər) belə olacaq:
1. Konstitusiya Məhkəməsi sədrinin müavini – 6323 manat;
2. Konstitusiya Məhkəməsinin hakimi – 5972 manat;
3. Ali Məhkəmə sədrinin müavini – 6463 manat, kollegiya sədrləri – 6104 manat, hakimləri – 5745 manat;
4. Apellyasiya məhkəmələrinin sədrləri – 6463 manat, müavinləri – 5816 manat, kollegiya sədrləri – 5493 manat, hakimləri – 5170 manat;
5. Ağır cinayətlər məhkəmələrinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrləri – 5745 manat, müavinləri – 5170 manat, hakimləri – 4596 manat;
6. Digər məhkəmələrin sədrləri – 5027 manat, müavinləri – 4524 manat, hakimləri – 4021 manat.
Hüquqşünas xatırladıb ki, qanunvericiliyə əsasən hakimlərin imtiyazları da var. Məsələn:
- onların həyatı və sağlamlığı 5 illik əmək haqqı məbləğində sığorta edilir;
- pensiya yaşına çatmamış istefada olan Konstitusiya Məhkəməsinin hakimi pensiya yaşına çatana qədər fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı məbləğində aylıq pul təminatı alır;
- ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir;
- təyin olunduğu yer üzrə mənzilə, həmçinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hakimlər bu vəzifəyə təyin olunduğu gündən 6 ay müddətində mənzillə təmin edilir.
"Artım kifayət qədər ciddidir. Bu artım dövlət büdcəsi, yəni bizim hesabımıza baş verir. Buna görə də bütün məmurlar, o cümlədən hakimlər də bizə xidmət etməlidir. Dürüst və vicdanla! Korrupsiyaya bulaşmadan. Ümid edirəm ki, qismən də olsa belə olacaq",-deyə hüqüqşünas əlavə edib.
Nə qədər ümidlə danışsa da, Ə.Həsənov bütün hakimlərdən ədalət gözləmir:
"Artım yüksək olsa da, hakimlərimizin əksəriyyətinin gözünü doyduracaq qədər deyil. Bizdə hakim təxmini (iqtisadi şəraitə uyğun) ən azı 10000 manat almalıdır. Yüksək məhkəmə hakimləri isə 15000-20000 manat.
Digər tərəfdən də, şəffaflıq olmadığı üçün məmurlar, o cümlədən hakimlər üzərində ictimai nəzarətin həyata keçirilməsi mümkün deyil. Onlar gəlir və xərc bəyannamələri vermir, daşınmaz əmlak və kommersiya hüquqi şəxslərinin reyestrləri qapalıdır və s. İctimai nəzarətə məruz qalmayan məmurların çoxu həmişə korrupsiyaya meyilli olacaq".
Hüquqşünas hər bir halda vətəndaşların hakimlərdən haqqını daha inadla tələb etməli olduğunu vurğulayıb:
"Onların maaşı artdıqca, biz də daha çox tələbkar olmalı, ədaləti "haqq" müqabilində əldə etməməliyik!".

Xəbərlər     Tarix: 25 avqust 2022

Oxşar xəbərlər

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya kripto valyuta xeberleri