Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: "Samsung" növbəti dəfə təəccübləndirdi

Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: Bir çox smartfonun yeniliklərə, imkanlara və istifadəçilərin ehtiyaclarının ödənməsi ilə bağlı inkişafını gəlin, yadımıza salaq.  
Həmçinin xatırladaq ki, qatlanan telefonlar yeni nəslin stereotiplərini qırmağa davam edir. Bu vəziyyətdə "Samsung" şirkəti bir addım belə geri çəkilmədən qatlanan smartfonların hər dəfə daha bir üst versiyasını təqdim edir. 
Cənubi Koreya nəhəngi "Samsung" yeni nəsil qatlanan smartfonlarını təqdim etdi. 10 avqust saat 17:00-da (Bakı vaxtı ilə) "Galaxy Unpacked"in təqdimatı başladı. Tədbirdə "Galaxy Z Flip4" və "Galaxy Z Fold4"ün təqdimatı olundu. Tədbir "Samsung Azerbaijan"ın  "Youtube" kanalı ilə onlayn təqdim olundu.
Onlayn təqdimatın Azərbaycan dilində aparıcısı DJ Tural idi. Məşhur aparıcı özünəməxsus peşəkarlığı ilə yeni smartfonlar haqqında tam detallı məlumatları bütün izləyicilərlə ötürdü.
Təqdimatın əsas səbəbi ondan ibarətdir ki, "Samsung"un yeni smartfonları öz imkanlarını genişlədərək və yeni funksiyaları əlavə edərək ideal məhsulu istifadəçilərin hüzuruna gətirir. Bütün bu yeniliklər əbəs yerə deyil. Çünki "Samsung" daim yenilik axtarışında olduğundan daim imkanları genişləndirməyi düşünür. Hətta, "Samsung" smartfonları həyatlarının bir hissəsi olan insanların belə gözləntilərini aşacaq yeni məhsullardır.
"Galaxy Z Flip4": Sərbəst əllər, keyfiyyətli şəkil və video
"Galaxy Z Flip3"dən fərqli olaraq, "Galaxy Z Flip4" smartfonu ilə telefonu açmadan, siz zənglərə və mesajlara cavab verə, hətta yüksək keyfiyyətli şəkillər çəkə bilərsiniz.
"Galaxy Z Flip4" hands-free(sərbəst əllər) funksiyasına sahibdir. Bu, o anlama gəlir ki, siz telefonu istədiyiniz kimi və əlinizlə tutmaq məcburiyyətində qalmadan çox gözəl şəkil və videolar çəkə bilərsiniz. 
Telefonun digər məlumatlarına gəlincə isə xarici ekran 1.9 Super Dynamic AMOLED 60 Hz, batareya tutumu 3,700 mAh-dır və smartfonu 30 dəqiqə ərzində 50%-ə qədər doldurur. Həm də sizi düşünərək daha az enerji sərf edəcək. 
"Galaxy Z Fold4": Çox funksionallıq və istifadə rahatlığı
"Galaxy Z Fold4" – Güclü və çoxfunksiyalı smartfon özündə "Samsung"un mobil texnologiyalarında yığdığı təcrübə toplusunun təcəssümüdür.  "Z Fold3"ə nisbətən daha çox imkanlar genişlənib və funksiyalar artıb. Açıq halda siz onu planşet kimi də istifadə edə bilərsiniz. Yəni, eyni anda həm işləyə, həm də nəyisə izləyə bilərsiniz. Bağlı rejimdə isə 6,2 düym ekranlı smartfona çevrilir. 
Portret rejimi artıq "Galaxy Z Flip4"ün ön ekranına da əlavə olunub və üstəlik öndəki ekrandan şəkili daxili ekrana da yerləşdirmək imkanı yaradılıb. Bundan əlavə, daxili ekrana Wi-Fi, Bluetooth və fənər elementləri əlavə olunub. Displeyin qoruyucusu isə Gorilla Glass Victus +. O, telefonu kənar zərbələrdən daha yaxşı qoruyur. Bundan əlavə, "Galaxy Z Fold4" və "Galaxy Z Flip4"də də İPX8 su buraxmayanla qorunur və istifadəçilər ani anlarda daha rahat ola bilər.
"Galaxy Buds2 Pro": Premium-dizayn ilə yeni eşidilmə təcrübəsi
Galaxy Z xəttinin yeniliyi olan naqilsiz "Galaxy Buds2" qulaqlıqları istifadəçilərin istənilən şəraitdə rahat istifadəsinə şərait yaradır. Mükəmməl 24 bitlik hi-fi səsi, kristal təmizliyi və yığcam erqonomik dizayn hesabına qulaqlıqlar 15% faiz daha balaca olub. Bu, hal-hazırda "Samsung"un ən kompakt və yüngül qulaqlığı sayılır.
Təqdimatın təkrarına "Samsung Azerbaijan"ın rəsmi "Youtube" kanalından izləyə bilərsiniz: 
Smartfonlarla bağlı yenilikləri və daha ətraflı məlumatları "Samsung Azerbaijan"ın saytından əldə edə bilərsiniz: 
Hər kəsin uzun zamandır gözlədiyi təqdimat:

Xəbərlər     Tarix: 11 avqust 2022

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler dollar məzənnəsi leobank kart emlak xeberleri depozit faizleri