Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?

Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?Müəssisə tərəfindən cari vergi ödəmələri müəssisənin şəxsi hesab vərəqəsində olan yaranmış artıq ödəmələri hesabına silinib. Eyni zamanda müəssisə mənfəət vergisi üzrə hesabatın verilməsi müddətinin uzadılması barədə müraciət etmək niyyətindədir. Cari vergi ödəmələri müəssisənin artıq ödədiyi vəsait hesabına silindiyi üçün vergi orqanları mənfəət vergisi hesabatının verilməsi müddətinin uzadılmasından imtina edə bilərmi?
Dövlət Vergi Xidmətindən bilidirilib ki, hesabatın verilməsi müddətinin uzadılması Vergi Məcəlləsinin 74-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin müddəalarına əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Bu maddəyə uyğun olaraq müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.
Vergi ödəyicisinin cari vergi ödəmələrinin məbləğinin həmin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi hesabına ödənilməsinə Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə hesabına mənfəət vergisi tam ödənildiyi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mənfəət vergisi üzrə borcu olmadığı halda mənfəət vergisi üzrə hesabatın verilmə müddəti uzadıla bilər.
Əsas: Vergi Məcəlləsinin 74-cü maddəsi.

Maraqlı     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib


iqtisadi xeberler depozit faizleri rubl mezenne telefonla pul qazanmaq bitkoin