"HP"nin rüblük xalis mənfəəti 55% azalıb
Amerikanın İT şirkəti "HP" yanvarda başa çatan 2023-cü maliyyə ilinin birinci rübü üzrə maliyyə hesabatını dərc edib. Əsas maliyyə göstəriciləri əvvəlki rüblə və 2022-ci ilin birinci rübündən daha pis olub. Belə ki, "HP"nin xalis gəliri 18.8% azalaraq 13.8 milyard dollar təşkil edib. Xalis mənfəət 55% azalaraq 500 milyon dollara, pul axını 114% azalaraq 200 milyon dollara düşüb.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
"HP"nin CEO-su Enrike Lores bunun tədarük zənciri problemləri, artan inflyasiya səbəbindən elektronikaya istehlakçı xərclərinin azalması və şirkətlərdən gələn sifarişlərin "yavaşlaması" ilə əlaqəli olduğunu söyləyib. Buna baxmayaraq, onun gələcəklə bağlı proqnozu olduqca nikbindir.
"HP" rəhbərliyinin fikrincə, Amerika şirkəti üçün əsas bazar olan Çində pandemiya məhdudiyyətlərinin aradan qaldırılması bunda mühüm rol oynayacaq. "HP"nin gözlədiyi kimi, cari maliyyə ilinin nəticələrinə görə, səhm üzrə gəlir 3.2-3.6 dollar, sərbəst pul axını isə 3 milyard dollardan 3.5 milyard dollara qədər olacaq.
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB