İƏT erməni təxribatını PİSLƏDİ
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi avqustun 3-də Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisini intensiv atəşə tutması nəticəsində əsgər Anar Kazımovun həlak olması faktını pisləyən bəyanat yayıb.
KONKRET.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.
Baş Katiblik bu il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilən 48-ci sessiyasında İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnaməyə istinad edərək, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanıma, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında nizamlanmasına çağırıb.
İƏT Baş Katibliyi azərbaycanlı şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qızıl gətir, sərfəli kredit götür
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Azər Türk Bank-ın Şəhid əməkdaşı ordenlə təltif edilib
Bank sektorunda çalışanların sayı mayda azalıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Ən bahalı otellər hansılardır?
Shopify-da necə satışa başlamaq olar?