İlham Əliyev Meksikanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.
KONKRET.az xəbər verir ki, səfir Mariya Viktoriya Romero Kabalyero etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında coğrafi məsafənin uzaq olmasına baxmayaraq, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.
Səfir də ölkələrimiz arasında əməkdaşlıq üçün çoxlu imkanların mövcudluğunu qeyd edib, xüsusilə enerji, investisiyalar, elm, təhsil və digər sahələrdə geniş potensialın olduğunu vurğulayıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Səfir Meksikanın Qoşulmama Hərəkatı yanında müşahidəçi dövlət olaraq Azərbaycanın Hərəkatın sədri kimi təşəbbüslərini izlədiyini və ölkəsinin "Cənub-Cənub" əməkdaşlıq prosesini dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini qeyd edərək ölkəmizin Hərəkatın sədri olaraq onun təsisatlanması istiqamətində, o cümlədən Hərəkatın Gənclər Şəbəkəsinin və Parlament Şəbəkəsinin yaradılması təşəbbüsləri ilə çıxış etdiyini bildirib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.
Səfir Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırıb.
***
11:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.
KONKRET.azxəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.


Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Biznes nədir və hansı növləri var?
Onlayn biznes ideyaları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər