İlham Əliyev Pakistanın Baş naziri ilə görüşdü - YENİLƏNİB
Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.
KONKRET.azxəbər verir ki, görüşdə Prezident İlham Əliyev əlaqələrimizin inkişafından məmnunluğunu ifadə etdi, Azərbaycanın və Pakistanın daim bir-birinin yanında olduqlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini dedi. Prezident İlham Əliyev Pakistanın Ermənistanın Azərbaycana qarşı otuz illik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Pakistanın İslam Əməkdaşlıq Təşkilatının sədri kimi Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi.
Dövlət başçısı Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda da çox sıx əməkdaşlıq etdiyini vurğuladı.
Baş nazir Şahbaz Şərif bu görüşdən məmnunluğunu ifadə etdi, Prezident Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Prezident Arif Alvinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan Prezidentinə çatdırmağı xahiş etdi.
Pakistanın Baş naziri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısının alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi. Baş nazir Şahbaz Şərif Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşqınlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirdi. "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", – deyə Pakistanın Baş naziri qeyd etdi.
Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək, Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət etdi.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.
Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıldı və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.
***
09:00
Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes nədir?
İKEA şirkətinin tarixi
Françayzinq nədir və necə olur?