İlon Maskın şirkəti geri addım atır - Bitkoinlərinin 75%-ni Satıb
Keçən ilin əvvəlində elektrik avtomobil istehsalçısı "Tesla" rəqəmsal valyutanın "uzunmüddətli potensialı" adlandırdığına əsaslanaraq, bitkoinə 1.5 milyard dollar sərmayə qoymuşdu. Şirkət artıq həmin kripto aktivlərrin dörddə üçünü satıb.
Eləcə də bax: İlon Mask Gürcüstanda şirkət - AÇIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, "İkinci rübün sonunda biz bitkoin aktivlərinin təxminən 75%-ni fiat valyutasına (heç bir əmtəəyə əsaslanmayan pul: dollar, avro və s.) çevirdik"- deyə, "Tesla" çərşənbə günü ikinci rübün mənfəəti haqqında açıqlamasında qeyd edir. Şirkət bu satışların balansına 936 mln. dollar pul əlavə etdiyini söylədi.
Bu, qeyd edilən bazarda "Tesla" və onun gündəmdə tez-tez yer alan baş icraçı direktoru (CEO) İlon Mask üçün sürətli bir geri çəkilmədir.
O, keçən ilk dövr ərzində kriptovalyutanı gücləndirən, tez-tez müxtəlif rəqəmsal valyutalar haqqında tvitlər atırdı. Bitkoinin qiyməti "kripto qışı" adlandırılan son dörd ayda dəyərinin yarısını itirdi.
"Tesla" üçün bitcoin kimi aktivlərin ədalətli bazar dəyəri 2021-ci ilin birinci rübündə 2.48 milyard dollara çatdı və ili təxminən 2 milyard dollarla başa vurdu. Şirkət hansı qiymətə satdığını və ya dəyərsizləşmənin ölçüsünü açıqlamayıb, lakin bitkoin ikinci rübdə 46 000 dollara yaxın start verib və 19 000 dolların altında bitirdi.
"Barclays"da analitik Brian Johnson, bu həftənin əvvəlində Tesla"nın satışdan sonra bitcoin ilə əlaqəli 460 milyon dollar dəyərsizləşəcəyini təxmin edib.
"Bir qrup bitcoin kimi aktivimizin satmağımızın səbəbi, Çindəki Covid kilidlərinin nə vaxt yüngülləşəcəyinə dair qeyri-müəyyən olmasıdır. Buna görə də pul mövqeyimizi maksimuma çatdırmağımız vacib idi"- deyə, Musk dünən bildirib.
O bildirir ki, bu, bitkoinlə bağlı qərar kimi qəbul edilməməlidir. Əlavə edir ki, "Tesla"nın gələcəkdə kriptoaktivlərin almağa açıqdır.
Bununla belə, qazanc çağırışında inflyasiya hedcinqi kimi bitkoinin potensialı barədə soruşduqda, Mask "Tesla"nın əsas məqsədinin bərpa olunan enerjiyə keçidi sürətləndirmək olduğunu deyir.
2021-ci ilin birinci rübündə, "Tesla" bitcoin üzərində böyük addım atdıqda, şirkət qərarın daha çevik olmaq, diversifikasiya etmək və nağd pul ehtiyatlarından gəlir əldə etmək məsələsi olduğunu demişdi. Valyuta bahalaşdıqca şirkət tez bir zamanda 10% satmış və dövr ərzində 101 milyon dollar qazanc əldə etmişdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə
Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib
"Araş" firmasına yeni rəhbər təyin olunub
"PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı
BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb
PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)
"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək
Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır
"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb
Anar Əliyev: Məqsəd sahibkarı cərimələmək deyil, risklərin qarşısını almağa kömək etməkdir
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən varlı 10 müğənnisi
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Green Card nədir və onu necə əldə etmək olar?