İnnovasiya və texnologiyanın birləşdiyi "INMerge" İnnovasiya Sammiti davam edir

İnnovasiya və texnologiyanın birləşdiyi ®10 oktyabr 2024-cü il tarixində Bakıda PASHA Holding-in təşkilatçılığı ilə "INMerge Innovation Summit"in açılış mərasimi baş tutub. İki gün davam edən sammit regionun innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorlar arasında əməkdaşlığı təşviq etmək, iştirakçılar arasında fikir və təcrübə mübadiləsi üçün platforma yaratmağı hədəfləyir. 
Sammitdə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Fintech", "Telekommunikasiya", "E-ticarət", "Süni intellekt", "Marketinq" kimi önəmli və dünyanın diqqət mərkəzində olan mövzular müzakirə edilir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşüblər. 
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında sammitin əhəmiyyətini yüksək dəyərləndirib: "Regionun əsas iqtisadi oyunçularından biri kimi biz cəmiyyətimizin inkişafını dəstəkləməkdə qərarlıyıq. İnnovasiya bizim üçün sadəcə bir anlayış yox, həm də tərəqqinin rəmzidir. Bu sammit vasitəsilə biz regionun innovasiya ekosisteminin inkişafına dəyərli töhfə veririk".
Qeyd edək ki, tədbirin ilk günü qlobal və yerli spikerlərin çıxışları ilə yadda qalıb. O cümlədən "YouTube"un həmtəsisçisi Stiv Çen, "Harvard Business School"un professoru Linda Hill və digər nüfuzlu şəxslər sammit iştirakçıları qarşısında çıxış ediblər. Sammitin ikinci günündə isə "Starbucks"ın həmtəsisçisi Zev Siegl, "Amazon"un Baş texnologiya direktoru Verner Vogels və "Waze"in qurucusu Uri Levin kimi spikerlər çıxış edib. 
Sammit çərçivəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov da "Fintech" panelində çıxış edərək, ödəniş həlləri sahəsində təklif olunan yeniliklərdən və bu texnologiyaların müştərilərə təqdim etdiyi faydalardan bəhs edib. Fərid Hüseynovun çıxışında qeyd etdiyi məqmalar Kapital Bank-ın maliyyə texnologiyalarının inkişafına verdiyi töhfəni və bankın bu sahədəki liderliyini bir daha vurğulayır. 
Bundan əlavə Kapital Bank-ın "INMerge" İnnovasiya Sammitində olan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə virtual reallıq (VR) texnologiyasını sınaqdan keçirib. Sadə tapşırıqları yerinə yetirən iştirakçılar "Umico Market" və "Dukan"dan hədiyyələr qazanıblar. Stend tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 14 oktyabr 2024

Oxşar xəbərlər

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi


iqtisadi xeberler dollar kursu internetden pul qazanmaq valyuta kurslari valyuta mezennesi