İnvestisiya təşviqi sənədi almaq üçün ərazilər və tələb olunan yatırım məbləği məlum olub - FƏRMAN

İnvestisiya təşviqi sənədi almaq üçün ərazilər və tələb olunan yatırım məbləği məlum olub - FƏRMANPrezident İlham Əliyevin investisiya təşviqi sənədinin verilməsi qaydasına dəyişiklik barədə fərman imzalayıb.
FED.az xatırladır ki, bu qayda İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir. İnvestisiya təşviqi sənədini alan sahibkarlar gömrük rüsumlarından və ƏDV-dən azad edilirlər.
Fərmana əsasən investisiyə təşviqi almaq üçün ərazxilər yeni qayda ilə quplaşdırılıb. Bura sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya əraziləri, və müvafiq ərazilər aiddir.
Müvafiq ərazilər dedikdə - Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlar – nəzərdə tutulur. 
Fərmana əsasən qaydalra edilən dəyişikliyə görə, investisiya təşviqi sənədi strateji investisiya layihələrinə də veriləcək.
Layihənin - strateji investismiya layihəsi sayılması üçün - yatırılan minimum məbləğ Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 (beş) milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 (üç) milyon manat müəyyən edilib.
Bundan başqa, digər şərt odur ki, investisiya layihəsi Azərbaycan Prezidentinin müəyyən etdiyi istiqamətlərə uyğun olmalıdır.
Digər layihələrə, məsələn sənaye zonaları, aqro parklar, turizm və rekreasiya zonaları, eləcə də müvafiq ərazilərdəki layihələrə gəlincə, onların investisiya təşviqi sənədi almas üçün tələb olunan investisiyalar 200 min manatla 1 milyon manat arasında dəyişir. Əksər sahələrdə bu məbləğ 300-500 min manat arasındadır.
Sənədə əsasən sənaye zonaları və aqro parklarda tələb olunan yatırım məbləği daha çoxdur, çünki bu ərazilərdə dövlət sahibkara infrastruktur şəraiti də yaradıb.
Qaydaya əsasən burada göstərilən meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar Nazirliyə ərizə ilə müraciət edir.
Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
Qaydada göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);
Minimum investisiya məbləğinin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi artıq qoyulduğunu təsdiq edən sənəd;
Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.
Yeri gəlmişkən, sahibkar, burada nəzərdə tutulmuş məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, öz investisiya layihəsinin bu Qaydada göstərilən meyarlara uyğunluğunun müəyyən edilməsi üçün Nazirliyə müraciət etmək hüququna malikdir. Nazirlik bu cür müraciətə 5 iş günü müddətində baxaraq cavablandırır.
Yeniliklərdən biri odur ki, investisiya təşviqi sənədi almaq istəyən sahibkarın vergi və digər dövlət borcları üzrə vaxtı keçmiş öhdəliyi olmamalıdır.
Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində  Dövlət Gömrük Komitəsinə verir – çünki sahibkara güzəştləri Gömrük Komitəsi tətbiq edəcək.
Əgər məlum olsa ki, investisiya təşviqi sənədi verilmiş investisiya layihəsi bu Qaydada göstərilən meyarlar pozulmaqla həyata keçirilir, və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, Nazirlik investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara və Dövlət Gömrük Komitəsinə məlumat verir.

İnvestisiya     Tarix: 20 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. "Qarabağda bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb". b

İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə "Əsas makroiqtisadi göstəricilərin icmalı"n

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - AÇIQLADI

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "Transmill

Mənzil tikintisinə investisiya yatırımı 31%-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mənzil tikintisi sahəsinə 207,7 milyon manat investisiya yatırılıb. Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistik

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il

Azərbaycan İnvestisiya Forumunda - 10,8 milyardlıq 23 sənəd imzalandı

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edə

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib. Onun sözlərinə görə, investisiy


iqtisadi xeberler online pul qazanmaq pul qazanmaq valyuta xeberleri rubl mezenne