iPhone 14-ün satışları başlayıb – İlk istifadəçilər smartfonun aktivləşdirilməsi problemi ilə üzləşiblər
"Apple"ın sentyabrın 7-sində təqdim etdiyi iPhone 14 artıq satışa çıxıb. Buna baxmayaraq, bir neçə istifadəçi smartfonun aktivləşdirilməsi problemi ilə üzləşib. Bununla əlaqədar, "Apple" öz saytında problemin həlli üçün tövsiyələr dərc edib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Apple" deyir ki, istifadəçilər Wi-Fi şəbəkəsinə qoşulmaq istənildikdə "Mac və ya PC-yə iTunes ilə qoşulun" seçimini etməli, sonra əvvəlki ekrana qayıdıb Wi-Fi vasitəsilə yenidən cəhd etməlidirlər. Bu proseduru aktivləşdirmə uğurlu olana qədər təkrarlamaq lazımdır.
Eyni zamanda, sənəddə deyilir ki, yeni iPhone 14 və iPhone 14 Pro istifadəçiləri iOS 16.0.1-ə yeniləmə aparmalıdırlar, əks halda "iMessage" və "FaceTime"ın aktivləşdirilməsi mümkün olmayacaq.
Qeyd edək ki, saat fərqini nəzərə alsaq, ilk yeni smartfonları Yaponiya və Çin sakinləri ala biləcəklər.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi