İrlandiyada "WhatsApp" 5.5 milyon avro cərimələnib
İrlandiya Məlumatların Mühafizəsi Komissiyası şəxsi məlumatlarla işləyərkən Avropa İttifaqının məxfilik qaydalarını pozduğuna görə "WhatsApp" messencerinin işindən məsul olan şirkəti 5,5 milyon avro cərimələyib.
Bu barədə tənzimləyici rəsmi saytında məlumat yayıb.
"Məlumatların Mühafizəsi Komissiyası bu gün "WhatsApp" messencer xidmətlərinin göstərilməsi ilə bağlı "WhatsApp Ireland Limited" şirkətinə qarşı araşdırmanı başa çatdırıb. Avropa Ümumi Məlumatların Qorunması qaydalarını pozduğuna görə "WhatsApp Ireland Limited" şirkəti 5,5 milyon avro cərimələnib. Şirkətə, həmçinin altı ay ərzində məlumatların emalı əməliyyatlarını Avropa İttifaqının tələblərinə uyğunlaşdırmaq tapşırılıb", – məlumatda deyilir. / banker.az
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör