İşçinin iş həcmi artırılanda ona nə qədər əlavə əməkhaqqı ödənilir?

İşçinin iş həcmi artırılanda ona nə qədər əlavə əməkhaqqı ödənilir?"İşçinin əmək funksiyası" anlayışı əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini ifadə edir. İşçinin əmək funksiyasının dəyişdirilməsi müəyyən hüquqi şərtlər yaradır. Mövzunu "vergiler.az"a insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edib.
Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən, əmək funksiyasının həcmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış "Vahid tarif-ixtisas sorğu kitabçası"na əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.
İşəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsində iş həcmi düzgün, dəqiq və aydın qeyd olunmalıdır. Əmək funksiyasının keyfiyyətsiz icra edilməsi və ya ümumiyyətlə icra edilməməsi nəticəsində işçi, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, intizam məsuliyyətinə cəlb oluna bilər. Əmək müqaviləsində işçinin əmək funksiyaları qeyd olunmaqla yanaşı, bəzən sonda "digər bütün işlər", "və s.", "rəhbərliyin digər bütün göstərişləri" kimi ifadələr yazılır. Bu qeyri-müəyyən ifadələr yuxarıda qeyd olunan normalara zidddir, təcrübədə ciddi çətinliklər yaradır. Qeyd etdiyimiz kimi əmək funksiyası "Vahid tarif-ixtisas sorğu kitabçası"na əsasən və ya işəgötürən tərəfindən müəyyən edilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar işçinin əməyin ödəniş dərəcəsini müəyyən etmək üçün "Vahid tarif-ixtisas sorğu kitabçası"na əsaslanırlar. Sorğu kitabçası özündə bütün sahələr üçün ümumi olan vəzifələrin ixtisas xüsusiyyətlərini əks etdirir. Burada hər bir vəzifənin ixtisas xüsusiyyətləri üç bölmədə verilir:
– "Əmək funksiyası" bölməsində vəzifəni tutan işçinin görməli oldugu işlərin həcmi və məzmunu;
– "Bilməlidir" bölməsində işçinin qanunvericilik aktları və digər normativ-hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;
– "Ödəniş dərəcələrinə ixtisas tələbləri" bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və əmək stajına olan tələblər öz əksini tapıb.
Lakin bəzi müəssisələrdə "Vahid tarif-ixtisas sorğu kitabçası"na istinad etmədən, tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsində işçinin iş yerində görəcəyi əmək funksiyaları qeyd olunur. Əksər hallarda isə "Vəzifə təlimatın"da işçilərin əmək funksiyaları qeyd olunur, əmək müqaviləsində əmək funksiyalarının qeyd olunduğu hissədə isə işçinin icra edəcəyi əmək funksiyaları tək-tək qeyd olunmaq əvəzinə, "vəzifə təlimatına əsasən" ifadəsi yazılır.
Əmək müqaviləsində tək bir vəzifə üçün deyil, bir neçə vəzifə üçün də əmək funksiyaları qeyd oluna bilər. Bəzi şirkətlərdə mühasiblər kadrlar üzrə mütəxəssisin də işlərini icra edirlər.
Misal 1: Tutaq ki, "AAA" MMC-də mühasib vəzifəsində çalışan işçiyə insan resursları üzrə mütəxəssisin işləri də həvalə olunub. Bu işlər mühasibin əmək müqaviləsinə qeyd olunmalıdır. Çünki işçinin vəzifəsinə aid iş həcmi əmək müqaviləsində qeyd olunur və əmək funksiyalarını azaltmaq, artırmaq tərəflərin razılığı ilə mümkündür. Əmək funksiyasının artırılması üçün əmək müqaviləsində dəyişiklik olunmalıdır. Bundan əlavə, işçiyə əlavə funksiyaların həvalə olunmasına dair rəsmi təsdiqləyici sənəd olmasa, əlavə funksiyaların icrası ilə bağlı işçinin rəsmi razılığı olmasa, həmin işlərin icrasında yaranacaq nöqsanlara görə işçini, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, intizam məsuliyyətinə cəlb etmək olmaz. Mühasib vəzifəsində çalışan işçiyə insan resursları üzrə mütəxəssisin işləri həvalə edilirsə, əlavə əməkhaqqı da ödənilməlidir. Bu, Əmək Məcəlləsinin 161-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı, müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir. Məcəllədə əlavə əməkhaqqının minimum və maksimum normaları qeyd olunmadğına görə onun miqdarı tərəflərin – işçi və işəgötürənin razılığı ilə müəyyən olunur.
Misal 2: Beşgünlük iş rejimi ilə işləyən mühasibin vəzifə maaşı 1.000 manatdır. 1 fevral 2022-ci il tarixdən kadrlar üzrə mütəxəssis tərəfindən görüləcək işlər mühasibə həvalə olunub. Həmin işlərin icrası ilə əlaqədar tərəflərin qarşılıqlı razılığı ilə mühasibə vəzifə maaşının 20%-i miqdarında əlavə əməkhaqqı müəyyən olunur.
Bu halda mühasibə hesablanmış əlavə aylıq əməkhaqqı 200 manat olacaq:
1.000×20% = 200 manat.
Fevral ayının sonunda mühasibə 1.200 manat əməkhaqqı hesablanacaq.
Ola bilsin ki, əlavə işlərin icrası mühasibə ayın ortasından həvalə olunmuşdur.
Misal 3: Beşgünlük iş rejimi ilə işləyən mühasibin vəzifə maaşı 1.000 manatdır. 15 fevral 2022-ci ildən kadrlar üzrə mütəxəssisin işləri mühasibə həvalə olunub. Həmin işlərin icrası ilə əlaqədar tərəflərin qarşılıqlı razılığı ilə mühasibə vəzifə maaşının 20%-i miqdarında əlavə əməkhaqqı müəyyən olunub.
Bu halda hesablama aşağıdakı qaydada aparılacaq:
1.000 x 20% = 200 manat
200:20 (iş günü)x10 (iş günü)= 100 manat.
Həmin ayın sonunda mühasibə 1.100 manat əməkhaqqı hesablanacaq.
İşçiyə əmək funksiyasının artırıldığına görə əlavə əməkhaqqı ödənilmədiyi təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işəgötürənə cərimə tətbiq oluna bilər.
Mənbə: "Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı" kitabı

Xəbərlər     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c

Qızılın qiyməti düşüb

Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib


iqtisadi xeberler pul qazanmaq investisiya bitcoin qiymeti biznes krediti