İsveçdə inflyasiya rekord həddə çatıb
İyun ayında İsveçdə inflyasiya 8.5 faizə yüksəlib. Bu, ölkədə inflyasiyanın maksimum həddinin 7.8 faiz olduğu 1991-ci ildən bəri ən yüksək göstəricidir.
Bu barədə ölkənin Mərkəzi Statistika Bürosu məlumat yayıb.
"May ayında ölkədə inflyasiya 7.2 faiz təşkil edib. Ərzaq, elektrik enerjisi və yanacağın qiymətlərinin bahalaşması inflyasiyaya ən çox təsir edən amillər olub", – deyə Mərkəzi Statistika Bürosunun analitiki Sofi Eman bildirib. Onun sözlərinə görə, aylıq dəyişikliyə həm də yanacaq xərclərinin artması nəticəsində yüksək nəqliyyat qiymətləri təsir edib.
Son vaxtlar İsveçdə ərzaq məhsullarının və dənli bitkilərin qiymətləri xeyli bahalaşıb. Ötən ildən bu yana qəhvənin qiyməti təxminən 50 faiz artıb. Elektrik enerjisi, səyahət paketləri və restoran xidmətlərinin qiymətləri də yüksələn xətt üzrə inkişaf edir. Ucuzlaşma yalnız geyim mallarında müşahidə edilir ki, bu da yay satışlarına görə mövsümi xarakter daşıyır.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin