İtaliyanın Baş naziri ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb

İtaliyanın Baş naziri ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıbİtaliyanın Baş naziri Mario Draqi ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb.
azxeber.com xəbər verir ki, bu barədə "Report" İtaliya mətbuatına istinadən xəbər verir.
"Əlcəzairdən Azərbaycana qədər tədarükün artırılması üçün yeni müqavilələr bağladıq. Keçən il təbii qaz idxalımızın 40 faizi Rusiyadan gəldi. Bu il Rusiyadan təbii qaz orta hesabla yarıya qədər azaldı", - Mario Draqi deyib.
"Bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirdik. 2022-ci ilin 8 ayında bərpa olunan enerjiyə tələbat 2020 və 2021-ci illərin cəmindən təxminən 4 dəfə çoxdur", - Baş nazir əlavə edib.
Draqi İtaliyanın təbii qaz ehtiyatının hazırda yüzdə 80 faiz olduğunu və oktyabrda bunu yüzdə 90-a çatdırmağı hədəflədiklərini, bununla belə, qaz tədarükü həcmlərinin saxlanmasının dayanıqsız səviyyələrə çatan xərclərin artmasının qarşısını ala bilməyəcəyini ifadə edib.
Draqi bir tərəfdən Avropanın suverenlik hüquqlarından bəhs edərkən, digər tərəfdən təbii qaz ehtiyacının az qala yarısının Rusiyadan qarşılanmasının bir-biri ilə uyğun olmadığını vurğulayıb. O, qeyd edib ki, bu səhv heç vaxt təkrarlanmamalıdır.
Baş nazir 2024-cü ilin payızına qədər İtaliyanın Rusiya təbii qazından asılılıqdan tamamilə xilas olacağını vəd edib. İtaliyanın yeni təbii qaz tədarükü layihələrinin nəzərdə tutulan müddətdə tamamlanacağını, 2024-cü ilin payızına qədər Rusiya qazından asılılıqdan tamamilə azad olacağını qeyd edən Draqi deyib: "Bu, milli təhlükəsizlik üçün əsas hədəfdir. Çünki Rusiya istifadə etməkdən çəkinmir. Təbii qaz Ukrayna və onun Avropalı müttəfiqlərinə qarşı geosiyasi silahdır".

Xəbərlər     Tarix: 25 avqust 2022

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə


iqtisadi xeberler valyuta xeberleri depozit faizleri online pul qazanmaq dollarin kursu bu gun