Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur®Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihənin nəticəsində ildə təxminən 50 000 kubmetr təbii qaza qənaət edilməsi və 100 ton karbon emissiyasının qarşısının alınması gözlənilir.
Layihə bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılmasını nəzərdə tutur. Gözlənilən nəticələr enerji resurslarından daha səmərəli istifadəyə və ətraf mühitə təsirin azaldılmasına töhfə verəcək.
İlk layihənin maliyyələşdirilməsi Kapital Bank və EMTA arasında imzalanmış əməkdaşlıq müqaviləsinin praktik mərhələyə keçdiyini göstərir. Müqavilə Enerji effektivliyi fondunun vəsaiti hesabına enerji effektivliyi tədbirlərinin həyata keçirilməsi üçün güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Fondun vəsaiti hesabına maliyyələşdirilən ilk layihə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Kapital Bank yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bank sahibkarların yaşıl layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi təşəbbüsləri də dəstəkləyir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı, 50 şöbəsi və 15 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / banker.az

Banklar     Tarix: 20 oktyabr 2026

Oxşar xəbərlər

"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı

"Bank of Baku" ASC-nin aktivləri 2026-cı ilin ilk 9 ayında 413,84 milyon manat və ya 35,9% artaraq 1 milyard 566,32 milyon manata çatıb. banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti isə ötən ilin müvafi

Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb

"Bank Respublika" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını (cari ilin 9 ayını) 50 milyon 285 min manat xalis mənfəətlə başa vurub. Bankın mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 118 min manat v

Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi

Azərbaycanda bankların 9 aylıq xalis mənfəəti 1,08 milyard manatı ötüb – ABB, Kapital Bank və PAŞA Bank ilk üçlükdədir. 30 sentyabr 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəət göstəricilərin

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"

"Premium Bank" ASC-nin aktivləri 2026-cı ilin ilk doqquz ayında demək olar ki, dəyişməz qalaraq artım tempinə görə bank sektorunun ümumi göstəricisindən və müqayisə olunan rəqib banklardan xeyli geri qalıb. bankı

Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı

Azərbaycan kapital bazarında yeni investisiya imkanı yaranıb. "Ziraat Bank Azərbaycan" ASC-nin 15 milyon manat həcmində istiqraz buraxılışının ikinci tranşı üzrə abunə yazılışına bu gündən start verilib. İstiqrazla

AMB ilə "Bank of New York Mellon" arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-yə məxsus "Bank of New York Mellon" arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. AMB-yə istinadən xəbər verir ki, qurumun sədri Tale

"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq

Almaniyanın ən böyük bankı "Deutsche Bank" bir neçə həftə ərzində ilk rəqəmsal aktiv xidmətini istifadəyə verməyi planlaşdırır. Platforma ilkin mərhələdə müştərilərə bitkoin və efirium kimi kriptovalyutaları bankd

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl


iqtisadi xeberler dollarin kursu bu gun bitcoin qiymeti birbank telefonla pul qazanmaq