Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®Ölkənin birinci bankı Kapital Bank pərakəndə bankçılıq bazarındakı liderliyini bir daha təsdiqləyərək beynəlxalq "World Economic Magazine 2024 Awards"ın "Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı-2024" və "Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024" mükafatlarına layiq görülüb.  
"Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024" adına layiq görülən bank ölkə üzrə  geniş filial və partnyor şəbəkəsinə malik olmaqla yanaşı, bazarda lider mövqeyini bir sıra mühüm göstəricilərlə sərgiləyir. İnnovativ məhsullar və dayanıqlı maliyyə həlləri təqdim edən bankın hazırda nağd pul krediti üzrə portfeli 2.19 milyard manat, kredit kartları üzrə portfeli isə təxminən 688.03 milyon manat təşkil edir.  
Bank "Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı 2024" mükafatını cari ilin oktyabr ayında müştərilərə təqdim etdiyi Birbank Star kartı ilə qazanıb. "Birbank Star ilə sənə olar" şüarı altında təqdim edilən kart, kredit kartlarının ənənəvi şərtlərindən tamamilə uzaq, sadə və rahat maliyyə məhsuludur. Qeyd edək ki, Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə əldə edə etmək mümkündür. Üstəlik digər bankların bankomatlarında nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında heç bir faiz və komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Vaxtında edilməyən ödənişlər üçün hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir. 
Kapital Bank 5 milyondan çox müştərisinin müxtəlif ehtiyaclarına uyğun fərqli həllər təklif edərək, hər kəsin güvənli maliyyə tərəfdaşı kimi çıxış edir. 2024-cü ili mükafatlarla dolu bir il olaraq davam etdirən bank bu nailiyyətləri ilə ölkənin maliyyə sektorundakı lider mövqeyini bir daha təsdiqləyir. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — .  / banker.az

Banklar     Tarix: 28 noyabr 2024

Oxşar xəbərlər

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri 1000 manatla biznes birbank