Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları TƏSDİQLƏNDİ
Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası təsdiq edilib.
KONKRET.azxəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
"Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin Qərarı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 6 may tarixli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Qanununun icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
Bu Qərarla Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları, eləcə də təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi qaydası, həmçinin bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) arasında məlumatların mübadiləsi ilə bağlı məsələlər tənzimlənir.
Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibi Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən müəyyən olunur və həmin torpaqlar Torpaq Məcəllənin 13-cü maddəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Biznes plan necə yazılır?
Dünyanın əh bahalı brendləri - TOP-10
Onlayn biznes növləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
IBAN nədir?