KOB Model Müəssisəsinin imkanlarından 61 sahibkarlıq subyekti faydalanıb

KOB Model Müəssisəsinin imkanlarından 61 sahibkarlıq subyekti faydalanıbKOB-ların biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlərin davamı olaraq, cari ilin mart ayından etibarən Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisəsinin imkanlarından artıq 61 sahibkarlıq subyekti faydalanıb.
60-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib
FED.az xəbər verir ki, onlar model müəssisədə keçirilən təlimlərdə öyrəndikləri bilikləri və metodları istehsal prosesində tətbiq edərək uğurlu nəticələr, o cümlədən istehsalatda məhsuldarlığın artmasına nail olub, vaxt və xərclərə qənaət edə biliblər. Belə ki, KOB Model Müəssisəsində keçirilən təlimlərdə iştirak etmiş "Caspian Textile" MMC, "GillMed" MMC, "GrandTek" MMC, "Absheron-Saffron" MMC-də və s. şirkətlərdə istehsal prosesinin müxtəlif mərhələləri üzrə vaxt itkisi faizinin azaldılmasına, istehsal və istehsaldan sonrakı mərhələlər üzrə israfın qarşısının alınmasına nail olunub.
KOB Model Müəssisəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Model müəssisənin təlim imkanlarından faydalanan KOB subyektlərinin mühəndisləri və texniki heyəti təlim və təcrübə əsnasında öyrəndiklərini öz şirkətlərində tətbiq etməklə məhsuldarlığın artırılması, vaxta və xərclərə qənaət etmək və s. bacarıqlarını artırırlar. Burada ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. KOB Model Müəssisəsinin təlimçiləri tərəfindən "Kaizen", "Six Sigma", "5S", "ΚΡΙ-ΚΑΙ" və s. kimi strategiya və modellərə dair mövzular tədris olunur və tətbiqi sınaqdan keçirilir.
Model müəssisənin xidmətlərindən sənaye istehsalı ilə məşğul olan biznes subyektləri istifadə edə bilərlər. Bunun üçün sahibkarlar KOBİA-ya, eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. Agentliyə daxil olan müraciətlər müvafiq bazaya əlavə edilir və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq, mərhələli şəkildə təlimlərə cəlb olunurlar. KOB Model Müəssisəsi tərəfindən keçirilən təlimlərdə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər. KOB Model Müəssisəsi tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər ödənişsizdir.
Qeyd edək ki, KOB subyektləri və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər Model Müəssisə ilə yanaşı, KOBİA-nın ödənişsiz təlimlərindən, məsləhət xidmətindən, biznes planın hazırlanması və beynəlxalq ixtisasartırma kursunda iştiraka dəstəyindən faydalana bilərlər.

Biznes     Tarix: 11 sentyabr 2024

Oxşar xəbərlər

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər


iqtisadi xeberler pul qazanmaq en son xeberler biznes krediti bitcoin