Komandada (işdə) yaranan münaqişələr
Hər hansı bir iş mühitində səbirsiz, münaqişə sevən və öncədən aqressiyaya köklənmiş işçilər var. Problemli vəziyyətlərin və gözlənilməz halların ortaya çıxması bu tip insanlarda şiddətli reaksiyaya səbəb olur və münaqişəyə səbəb olur.
Peşəkar etika və subordinasiya işdə münaqişənin həllinə kömək edir. Ancaq mübahisənin qızğın vaxtında bu vacib keyfiyyətləri hər kəs unudur.
İş yerində münaqişələrin səbəbləri və növləri
İşdə qarşıdurmanın səbəbləri müxtəlif səbəblərdən ola bilər, o cümlədən karyera vəzifə yüksəlmək uğrunda mübarizə, bəzi vəzifələrin (tələblərin) həlli ilə bağlı müxtəlif fikirlər, rəhbərliyin tələblərinə əməl etmək istəməmək və fərdlərlərarası fikir ayrılıqlarının yaranması.
Psixoloqlar işdəki münaqişə vəziyyətlərinin aşağıdakı növlərini ayırd edirlər:
Şəxsin daxili münaqişəsi – bu halda, peşə vəzifələri şəxsi inanclarına, dəyərlərinə və qaydalarına zidd olan bir işçinin eyni şəxsiyyətində daxili ziddiyyətlər yaranır.
Fərdlərarası münaqişə müxtəlif vəzifələrdə çalışan işçilər arasında baş verə biləcək ən çox yayılmış münaqişə növüdür.
Fərdi və qrup arasındakı münaqişə – komandada belə bir böhran ən çətin və mürəkkəbi sayılır- işçinin marağı bir qrup işçilərin maraqları ulə üst üstə düşməyəndə.Adətən belə münaqişələr liderlə tabeliyində olan işçilərin arasında yaranır.
Sizə bir neçə peşakar psixoloq kimi praktiki tövsiyəm olacaq:
Aqressiyaya, provokasiyaya hər hansı təxribata cavab olaraq çalışın ki, ünsiyyət zamanı təmkinli olun – manipulyatorun əsas məqsədi sizi özünüzdən çıxartmaqdır və qıcıqlandırmaqdır;
Hər hansı bir cavabdan əvvəl – fasilə verməyi öyrənməklə bunun qarşısını ala bilərsiniz;
Time-out götürün – peşəkar müzakirənin münaqişəyə çevrildiyini hiss edirsinizsə, söhbəti bir müddət təxirə salmağa çalışın (Məsələn, mən bu haqda sizinlə indi danışmağa hazır deyiləm ,gəlin görüşü sabaha keçirək). Bu müddət ərzində söhbətə hazırlaşmağa, qarşı tərəfin isə hirsinin soyumağına imkan olacaq;
Həmsöhbətin kimliyindən asılı olmayaraq onla hörmətlə davranın və danışın – qarşıdurmanın qızğın vaxtında belə şəxsiyyətinə toxunacaq sözlərə yol verməyin (təhqir, alçaltmaq). Həmsöhbətinizin cinsi, irqi, yaşı və ya digər şəxsi məsələlərdə təhqir etməyə imkan verməyin. Ən çətini həmsöhbət sərt ifadələrə keçəndə qarşılıqlı təhqirdən çəkinməkdir;
Heç bir halda manipulyatorun (aqressorun) bu tələsinə çalışın düşməyəsiniz – bu məğlubiyyət aparan yoldur.Aqressorun əsas məqsədi sizin zəif və ya həssas nöqtənizi tapmaqdır.
Müəllif:
Nigar Cəbrayılova
Klinik psixoloq

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
1000 manatla hansı biznesi qurmaq olar?
CV hazırlayarkən buraxılan 5 səhv
Yatırım olmadan necə biznes qurmaq olar?
Elon Musk kimdir?
CV-nin tərtib edilməsi prinsipləri