Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qeyd edib ki, 2024-cü ilin son 4-5 ayında faizlər cüzi artıb.
"Kredit faiz dərəcələrinin artımı bazarda likvidliyin məhdudluğu vəziyyəti ilə əlaqədar idi. Onun da əsas səbəbi dövlət xəzinə qalığının artımı ilə bağlıdır", – deyə o bildirib.
Bəs, kredit faizlərinin artmasına səbəb olan amillər nələrdir? Bu artımlar kreditləşməyə necə təsir göstərir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, 2024-cü ildən depozit faizlərində artımlar müşahidə edildi.
"Sistem əhəmiyyətli banklarda depozit faizləri yüksəldi. Bu yüksəliş kredit faizlərinə də təsir göstərdi. Monitorinqlər göstərir ki, sistem əhəmiyyətli banklarda kredit faizlərində artımlar olub. Bu, bütövlükdə bankların cəlb etdiyi vəsaitlərin dəyəri ilə bağlı bir məsələdir", – deyə o əlavə edib.
V.Bayramov bildirib ki, hələlik kredit faizləri ilə bağlı ciddi artım müşahidə olunmur, amma bankların bahalı borclanma siyasəti davam edərsə, təbii ki, kredit faizlərinin artımına səbəb ola bilər.
"Əsas siyasət və təşviq kommersiya bankarlarının daha ucuz vəsaitləri cəlb etməsi istiqamətində olmalıdır. Çünki cəlb edilən vəsaitlər çoxalırsa, bu birbaşa kredit faizlərinə təsir göstərən əsas faktora çevrilir", – deyə o vurğulayıb. / banker.az

Banklar     Tarix: 24 yanvar 2025

Oxşar xəbərlər

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata


iqtisadi xeberler biznes xeberleri dollar mezenne bitkoin almaq birbank