Krediti qısa müddətdə plastik karta köçürə biləcəklər

Krediti qısa müddətdə plastik karta köçürə biləcəklərRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
SİMA rəqəmsal imzanın yeni tərəfdaşı kredit proseslərini tam avtomatlaşdıran onlayn "OnePoint" startapı olub.
"SİMA İmza"nın "OnePoint"ə inteqrasiyası nəticəsində kredit üçün müraciət edən şəxslər qısa müddətdə pulu birbaşa plastik karta köçürə biləcəklər. Kredit müraciəti edən vətəndaşların şəxsiyyət vəsiqəsi, iş yeri, kredit tarixçəsi və s. kimi məlumatlarının təsdiqlənməsi SİMA rəqəmsal imza ilə mümkün olduğundan hər hansı kağız sənəd təqdim etməyə ehtiyac qalmayacaq. Belə ki, skorinq vasitəsilə anında yoxlanış aparılacaq və müsbət cavab almış müştərilər sənədləri "SİMA İmza" ilə imzalayıb krediti dərhal plastik karta köçürəcəklər.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə həm vətəndaşlar, həm də təşkilatlar xərclərinə və vaxtına qənaət edir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran rəqəmsal imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
Vətəndaşlar üçün ödənişsiz olan imzanı SİMA tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçərək əldə etmək olar.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 20 noyabr 2023

Oxşar xəbərlər

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları


iqtisadi xeberler kicik biznes internetden pul qazanmaq dollarin kursu bu gun biznes krediti