KTMT Ermənistan-Azərbaycan sərhədinə sülhməramlılar göndərəcək?
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid edir. İki ölkə sərhədində qurumun qüvvələrindən istifadə edilməsi nəzərdə tutulmur".
Bu barədə KTMT Baş Qərargahının rəhbəri Anatoli Sidorov məlumat verib.
Qərargah rəhbəri əlavə edib ki, təşkilat bir qrup rəsmi şəxslə birlikdə sentyabrın 15-də İrəvana gələcək.
Anatoli Sidorov bildirib ki, KTMT-nin baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə gələn həftə gələcək.
"Baş katibin hazırda digər ciddi beynəlxalq tədbirlərdə iştirak etdiyi, xüsusən də Şanxay Əməkdaşlıq Təşkilatı sammitinə dəvət edildiyi nəzərə alınaraq, onun Ermənistan Respublikasına səfəri daha sonra üçün planlaşdırılır", - deyə Sidorov Moskvada keçirilən brifinqdə qeyd edib.
Onun sözlərinə görə, səfərin yekunlarına əsasən KTMT missiyası təşkilata üzv ölkələrin dövlət başçılarının rəhbərlərinə hesabat təqdim edəcək.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
İban nədir?
Biznes planı necə yazmaq lazımdır?
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət