Kürün sahilində narkotik yetişdirən şəxs SAXLANILDI

Kürün sahilində narkotik yetişdirən şəxs SAXLANILDINeftçala Rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Salyan Regional Şöbəsinin Neftçala Rayon Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, araşdırmalarla onun rayonun həmin kənd sakini, əvvəllər məhkum olunmuş Akif Qəniyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı yaş çəkisi 50 kiloqram, hündürlüyü isə 1.3-3 metr olan 65 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Aşkar olunan faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xəbərlər     Tarix: 11 avqust 2022

Oxşar xəbərlər

Airbus Dubay Hava Sərgisində flydubai-dən böyük sifariş almağa hazırlaşır

Airbus Dubay Airshow-da flydubai-dən əhəmiyyətli bir təyyarə sifarişində əsas payı təmin etməklə, ilk dəfə olaraq sürətlə böyüyən büdcə aviaşirkəti rəqibi Boeing-in üstünlüyünü qırmağa hazırlaşır. xəbər verir ki, Avropal

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,

Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb

Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar


iqtisadi xeberler emlak xeberleri kripto avtomobil xeberleri dollar kursu