"Lenovo" dünyanın ilk şəffaf ekranlı noutbukunu təqdim edib
Barselonada keçirilən "Mobile World Congress 2024" toplantısında "Lenovo" özünün ən son yeniliyini – "ThinkBook Transparent Display Laptop Concept" adlanan dünyanın ilk şəffaf ekranlı noutbukunu təqdim edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Noutbuk unikal displeydən əlavə, rəssamlara və digər yaradıcı şəxslərə öz ideyalarını reallaşdırmaq üçün yeni imkanlar təklif edən sensor klaviatura ilə təchiz edilib. Süni intellektin inteqrasiyası noutbukun qapağına yerləşdirilmiş kameraya şəffaf ekranın arxasındakı obyektləri tanımağa və onlar haqqında məlumatları göstərməyə imkan verir və bununla da interaktiv istifadəçi təcrübəsini zənginləşdirir.

Təqdim olunan noutbuk hazırda bir konseptdir və "Lenovo" onun tezliklə buraxılması planlarını hələ açıqlamayıb. Bununla belə, "Lenovo"nun "ThinkPad" məhsullarının icraçı direktoru Tom Batlerin sözlərinə görə, yaxın beş il ərzində şirkətin diqqətini bu texnologiyanın inkişafına yönəldəcəyi və daha geniş istifadəçilər üçün əlçatan olan şəffaf ekrana malik cihazı təqdim edəcəyi ehtimalı yüksəkdir.

Mərkəzi Bank BOKT-a lisenziya verib
10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Ən bahalı otellər hansılardır?
"iPhone 15" modelinin üstünlükləri