"Location" klubundakı partlayışla bağlı istintaq yekunlaşdı
Bakıda "Location" gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən O.Səfərli qardaşı Elşən Səfərli şahid qismində ifadə verib.
O, R.Rəsulovun vəkilinin suallarını cavablandırıb. O söyləyib ki, "Location" klubunda heç bir rəhbərliyi olmayıb: "Rəsul Rəsulov fevral ayından etibarən həmin klubda işləyib. Kassir işlərinə o, özü nəzarət edirdi. İşçilərin obyektə sənədləşdirilərək götürülməsindən xəbərim yox idi. Rəsula gecə klubunda maaşı şirkət tərəfindən veriləcəkdi".
Daha sonra R.Rəsulovun vəkili Umud Abdürrəhmanlı vəsatət qaldıraraq bildirib ki, gecə klubunda təhlükəsizlik aktında imzaların yoxlanılması ilə bağlı xəttşünaslıq ekspertizası keçirilməlidir.
Vəkil məhkəmədən eyni zamanda "Merser food" MMC-nin işçilərin işə götürülməsi ilə bağlı əmrlər kitabının məhkəməyə gətirilməsini, həmçinin MMC-nin kompüterinə baxış keçirilməsini tələb edib.
Onun sözlərinə görə MMC-nin baş mühasibi Sərxan Ramazanov məhkəməyə əlavə şahid qismində dəvət olunmalıdır.
Vəsatətlər təmin edilməyib.
Bu zaman vəkil məhkəmə tərkibinə yazılı etiraz edib.
Məhkəmə etirazı baxılmamış saxlayıb. Hakim deyib ki, hər üç hakimə verilən etiraza Bakı Apellyasiya Məhkəməsi baxır, amma vəsatətdə bu qeyd olunmayıb.
Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün prokurora söz verib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən bahalı restoranları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?