Maliyyə naziri: Qeyri-neft sektorundan daxilolmalar neft gəlirlərinin azalmasını tam kompensasiya etmir
Dövlət Neft Fonundan dövlət büdcəsinə transfertinin məbləğində artımlar var. Lakin bu artımlar bizim əsas fiskal siyasət sənədimizin əsasını təşkil edən büdcə qaydasının hədəflərinə xələl gətirmir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, hazırda neft gəlirlərimizin azalması prosesi baş verir:
"Bu azalma iki faktorla bağlıdır. Biri dünyada qlobal dekarbonlaşma meylləri, digəri neft yataqlarımızdan hasilatın azalması prosesləridir. Bunlar büdcə gəlirlərinə mənfi təsir göstərir. O təsirin azaldılması qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Qeyri-neft sektorundan daxilolmalar ildən-ilə artır. Gələn il üçün də bu artımın olması istisna deyil. Gələn il də əhəmiyyətli artımlar gözlənilir. Amma bu artımla neft gəlirlərinin azaldılmasını tam kompensasiya etmir. Bununla bağlı qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr əsasən işğaldan azad edilən ərazilərin yenidən qurulması, iqtisadiyyatımıza reinteqrasiyası ilə bağlıdır. Bu məqsədlərə də dövlət büdcəsindən vəsaitin hər il təmin edilməsi vacibdir. Bu baxımdan hesab edirəm ki, Neft Fondundan bir qədər transfertin artırılması makroiqtisadi sabitliyə xələl gətirməyəcəyi dərəcədə kifayət qədər əsaslıdır". / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Pensiyalar eyni faizlə artırılmayacaq
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən