Mallar qeyri-kommersiya məqsədləri üçün verildikdə vergi öhdəliyi necə yaranır?

Mallar qeyri-kommersiya məqsədləri üçün verildikdə vergi öhdəliyi necə yaranır?Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları əlavə dəyər vergisini (ƏDV) ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
Vergi tutulan əməliyyatın aparıldığı vaxt isə Məcəllənin 166.2 maddəsinə əsasən, 159.5 maddədə göstərilən hallar baş verdikdə vergi tutulan əməliyyatın vaxtı sayılır.
Bir məqamı qeyd etmək lazımdır ki, fövqaladə hal ətraf mühitə və insan səhhətinə ziyan vuran, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür.
Təbii mənşəli fövqəladə hallar fəlakətli təbiət hadisələridir. Bunlara zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii hadisələr daxildir.
Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlara yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. aid edilir.
Bir sözlə, fövqalədə hal vergi ödəyicisinin təqsiri ucbatından baş verməyən bədbəxt hadisədir.
Misal 1. Müəssisə 2022-cı ilin fevral ayında kommersiya məqsədləri üçün 40.000 manat dəyərində (ƏDV-siz) mal alıb və aldığı mala görə ödədiyi 7.200 manat ƏDV məbləğini fevral ayında büdcə ilə əvəzləşdirib. Amma iyun ayının 25-də həmin mal qeyri-kommersiya məqsədləri üçün istifadə olunub.
Bu halda 2022-ci il iyun ayının 25-i vergi tutulan əməliyyatın aparıldığı vaxt hesab olunur. Buna görə də əvəzləşdirilmiş 7.200 manat ƏDV məbləği iyun ayının ƏDV bəyannaməsində büdcəyə hesablanmalıdır.
Misal 2: ƏDV ödəyicisi olan şəxsdə 2022-ci il yanvar ayının 10-da aparılan inventarizasiya zamanı ƏDV-ni ödəməklə əldə edilən və müvafiq əvəzləşdirmə alınan 2.000 manat məbləğində mal əskik gəlmiş və 3.000 manat məbləğində mal xarab olmuşdur. Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Şəxsin hesablamalı olduğu ƏDV məbləğini müəyyənləşdirək.
Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.
Belə ki, müəssisədə 2.000 manatlıq malın əksik gəlməsi və 3.000 manatlıq malın xarab olması Vergi Məcəlləsinin 159.5 maddəsinə əsasən vergi tutulan əməliyyat sayılır. Müəssisə 2022-ci ilin yanvar ayında büdcəyə 900 ((2.000+3.000)x18%) manat ƏDV ödəməlidir.
Misal 3: Vergi ödəyicisinin Kür çayı ətrafı ərazilərində yerləşən rayonda bir ambarı vardır. Daşqın nəticəsində vergi ödəyicisinin ambarını sel aparmış və vergi ödəyicisinin 150.000 manatlıq (ƏDV-siz) dəyərində malları zay olmuşdur.
Vergi Məcəlləsinin 159.5 maddəsinə əsasən, fövqəlada hal zamanı vergi ödəyicisinin ƏDV öhdəliyi yaranmır. Misalda qeyd etdiyimiz vəziyyət fövqəladə hal olduğu üçün vergi ödəyicisinin ƏDV öhdəliyi yaranmır.
Mövzunu "vergiler.az" üçün iqtisadçı Cavid Vəlizadə şərh edib.

Xəbərlər     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b


iqtisadi xeberler birbank bitkoin almaq dollar məzənnəsi bitkoin qiymeti