"Mastercard" "Binance" kriptobirjası ilə əməkdaşlığı dayandırıb
"Mastercard" və "Visa" ödəniş sistemləri dünyanın ən böyük kriptovalyuta birjası "Binance" ilə əməkdaşlıq edərək kartların buraxılışını dayandırıb. Bu barədə "Bloomberg" məlumat yayıb.
Agentlik qeyd edir ki, "Visa" ABŞ-da belə kartların paylanmasını iyul ayında dayandırıb, "Mastercard"ın qərarı isə sentyabrda qüvvəyə minəcək. Bildirildiyi kimi, bu, "Binance"nin ABŞ bazarına daxil olmaq planlarına "kritik zərbə" olacaq və birjanın ənənəvi maliyyə sistemindən təcrid olunmasına təsir göstərəcək. "Binance"nin özünün nümayəndələrinin fikrincə, "Mastercard"ın birja ilə əlaqələri kəsmək qərarı "Latın Amerikası və Yaxın Şərqdən olan müştərilərin 1%-dən azına" təsir edəcək, digər istifadəçilərə isə təsir etməyəcək.
"Visa" 2020-ci ilin sentyabrında "Binance" ilə əməkdşlıqda kartlar buraxmağa başlayıb, ardınca "Mastercard" da daxil olmaqla üç digər ödəniş sistemi ilə oxşar mübadilə layihələri həyata keçirilib. Bu cür kartlar "Binance" müştərilərinə kriptovalyuta hesablarındakı vəsaitləri avtomatik olaraq ənənəvi valyutalara çevirməklə adi ödənişlərini etməyə imkan verir. / banker.az
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə
"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14
"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" yenidən 80 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 79 828,21 ABŞ dollarına yüksəlib