"McDonald"s Azərbaycan" və DSMF ölkə üzrə şəhid ailələrindən olan 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib - FOTOLAR
"McDonald"s Azərbaycan" şirkəti Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə bu il birinci sinfə gedən 6-7 yaşlı şəhid övladları üçün məktəb ləvazimatlarının alınmasına və onların ölkənin müxtəlif bölgələrinə çatdırılmasına dəstək olub.
FED.az xəbər verir ki, yeni tədris ili ərəfəsində bütün ölkə üzrə 170 şəhid övladı məktəb ləvazimatları ilə təmin edilib. Bunun üçün alınmış məktəb ləvazimatları şəhid ailələrinin yaşadığı bölgələrə çatdırılıb.
Xatırladaq ki, 2024-cü ilin fevral ayında "McDonalds Azərbaycan" şirkəti ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanmış memorandum, korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi məqsədilə "McDonald"s Azərbaycan" və DSMF arasında qarşılıqlı faydalı, uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi üçün çərçivəni müəyyən edir və 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarına dəstək göstərməyə yönəlmiş bir çox birgə təşəbbüslərin əsası oldu.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları