Məhkəmə general Bəkir Orucovu həbsdə saxladı
"Tərtər işi" ilə bağlı həbs olunan general-mayor Bəkir Orucov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb.
azxeber.com APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə qüvvədə olan qərarın dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığı qənaətinə gəlib.
Qərara əsasən, şikayət rədd olunaraq, Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, "Tərtər işi" ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu saxlanılıb.
Bəkir Orucov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
İban nədir?
Biznes planı necə yazmaq lazımdır?
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət