"Mehnur" Reabilitasiya Mərkəzinin direktoru və işçilərinin həbs edilməsi tələbi təmin edilməyib
Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən zərərçəkmiş şəxs tərəfindən verilən şikayətə baxılıb.
AZXDBER.COM APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin verdiyi şikayət təmin olunmayıb və Nizami rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər 3 şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini ilə bağlı apelyasiya şikayəti vermişdi.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər 3 təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
İban nədir?
Biznes planı necə yazmaq lazımdır?
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət