Mərkəzi Asiya ölkələri ilə əlaqələr region üçün hansı yeni perspektivlər vəd edir? - AÇIQLAMA

Mərkəzi Asiya ölkələri ilə əlaqələr region üçün hansı yeni perspektivlər vəd edir? - AÇIQLAMAAzərbaycanın dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər rəsmi Bakı ilə əməkdaşlığa can atır. Bu sırada Avropa ölkələri ilə yanaşı Mərkəzi Asiya dövlətləri də önəmli yer tutur. Azərbaycan və Özbəkistan Prezidentlərinin son görüşü və imzalanan bir sıra sazişlər bunu təsdiqləyir. Eyni zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri və  geniş tərkibli görüşlər keçirməsi Mərkəzi Asiya ölkələri ilə yeni əlaqlərin inkişafına böyük töhfə verir.
Bəs bütün bu əlaqələr region üçün hansı perspektivlər vəd edir?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycanının Orta Asiya ilə münasibətinin qədim kökləri mövcuddur: "Bizim bu regionla tarixi, mənəvi, milli, dini və iqtisadi-təsərrüfat bağlılığımız var. Təsadüfi deyil ki, ötən əsrin əvvəllərində Xəzərin sağ və sol sahilləri arasında gediş-gəliş mümkün olub. Dəniz yolunun açıq olması tək mal mübadiləsi üçün istifadə olunmayıb.  Həmçinin turistlər, iş adamları, din xadimləri, elm-sənət daşıyıcıları, eləcə də mətbuat nümayəndələrinin Mərkəzi Asiya ölkələrinə birbaşa çıxışı təmin edilib. Qədim köklərə malik əlaqələrimizin inkişafında türk amili önəmli rol oynayıb ki, bu da bəzi dairələri qorxudub. Ancaq qeyd etməliyəm ki, heç vaxt türk toplumları hərbi-siyasi bloklar yaratmaq üçün bir araya gəlməyib, onların tək məqsədi sivilizasiyalararası münasibətləri inkişaf etdirmək olub. Ancaq bu münasibətlər heç vaxt kəsilməyib. Sovet imperiyası çökdükdən sonra regionda yeni dövr başladı. Artıq 30 ildir ki, biz bu proseslərdə müstəqil siyasət yürüdrük və münasibətləri daha da inkişaf etdiririk. Bu münasibətlərin inkişafı mübadilə sahəsində, təmasların olmasında, birgə layihələrin reallaşmasında özünü büruzə verir. Mərkəzi Asiya ölkələri ilə müasir əlaqələrimizin əsas perspektivində iqtisadi komplekslərin yaxınlaşması, həmçinin intellektual qüvvələrin prosesdə yaxından iştirakı əsas götürülür. Proseslərin bu yöndə inkişafı təbiidir, çünki yeni nəsillərin hadisələrə baxışı, yanaşması fərqlidir. Onların özünəməxsus araşdırmaları var. Bu münasibətlərin get-gedə genişlənməsi isə bütün xalqlar və toplumlar üçün xeyirlidir".
Mərkəzi Asiya ölkələri ilə əlaqələr region üçün hansı yeni perspektivlər vəd edir? - AÇIQLAMAPolitoloq əlavə edib ki, Qazaxıstanla son zamanlarda iqtisadi baxımdan çox yaxşı münasibətlər qura bilmişik: "Bu ölkədəki münbit torpaqlar son dərəcə məhdud olduğu üçün Azərbaycan artıq illərdir ki, Qazaxıstana meyvə-tərəvəz məhsulları ixrac edir. Bizim iqtisadi əlaqələrimiz bununla məhdudlaşmır. Həmçinin nef-qaz və kimya sahəsində, tranzit və logistik xidmətlərdə, nəqliyyat-kommunikasiya məsələlərində əlaqələrin genişlənməsi müstəvisində çox geniş imkanlar yaranıb. Bu əlaqələrin genişlənməsi həm tərəfdaşlarımızın, həm də bizim xeyirimizədir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, dünyada baş verən hadisələr neft və enerji kimi məsələrərlə ciddi təsir göstərir. Qlobal hal alan böhran prosesi bizi bir-birimizə daha yaxın olmağa sövq edir. Çünki, biz bir-birimizdən uzaq olduqca  itkilərimiz artacaq, əks halda isə mənfəətimiz çoxalacaq. Yaxın münasibətlərin qurulması, dövrümüzün əsas hissəsinə çevrilən texnoloji mübadilə üçün də geniş imkanlar açır. Bütün bu proseslərdə isə şaxələnmə hər zaman özünün göstərnəlidir. Çünki bu olmasa, imkanlar artmayacaq, yeni istehsal qüvvələri prosesə cəlb olunmayacaq və müasir texnologiyalardan istifadə bizim üçün çətinləşəcək. Tədqiqatlar, istehsal, korparasiya və bu kimi digər sahələrdə əməkdaşlıq bizim üçün böyük prespektivlər vəd edir. Ona görə də Qazağıstan və digər Mərkəzi Asiya ölkələri ilə bizim münasibətlərimiz müsbət xətlə inkişaf edir. Biz bu münasibətlərin daim inkişafda olmasında hər zaman maraqlıyıq".
Arifə Kərimzadə,
KONKRET.az

Xəbərlər     Tarix: 24 avqust 2022

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə


iqtisadi xeberler valyuta xeberleri depozit faizleri online pul qazanmaq dollarin kursu bu gun