Mərkəzi Bank "E-manat"a lisenziya verdi
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.
Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 5 iyun 2024-cü il tarixli Qərarı ilə "Modenis" MMC-yə (E-Manat brendi) elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
Xatırladaq ki, AMB bundan əvvəl "A-Solutions" və "United Payment" MMC-lərə elektron pul təşkilatı, "Token Azərbaycan" MMC-yə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 4-ə çatıb. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Marketinq nə demədir?
Biznes nədir və hansı növləri var?
Dünyanın ən zəngin idmançıları
Biznes plan necə yazılır?
İKEA şirkətinin tarixi