Mərkəzi Bank: Vaxtı keçmiş kreditlərin həcmində yaranan fərq hesablama ilə bağlıdır
Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-sentyabr ayları üzrə vaxtı keçmiş kreditlərin bankların hesabatları ilə açıqladığı rəqəmlər arasında yaranan fərqin səbəbini açıqlayıb.
AMB-dən bildirilib ki, bu, yanaşma fərqindən irəli gəlir. Belə ki, Mərkəzi Bankın statistik bülletenində Beynəxalq Valyuta Fondu tərəfindən istifadə olunan yanaşma əsas götürülür və açıqlanan rəqəmlər kreditin əsas borcu üzrə 30 gündən çox gecikən hissəsini əhatə edir. Lakin, banklar tərəfindən isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmaya əsasən açıqlanan vaxtı keçmiş kreditlərin (30+ gün) məbləğində kreditin əsas borc üzrə qalığı tam olaraq göstərilir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) həcmi də rəsmi internet saytında açıqlanır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707.3 mln. manat təşkil edib.
Xatırladaq ki, bankların bu ilin III rübü üzrə açıqladığı rəqəmlərə əsasən vaxtı keçmiş kreditlərin həcmi 21 bank üzrə 962 mln. manat təşkil edib. AMB-nin açıqladığı statistik bülletendə isə bu rəqəmin 480 milyon manat təşkil etdiyi bildirilib. / banker.az

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
Bitcoin nədir?
Onlayn biznes ideyaları
Biznes plan necə yazılır?
Cash Back nədir?
Dünyanın ən çox maaş verən şirkətləri