"Meta" LLaMA süni intellektini işə salır
"Meta" şirkəti süni intellektə əsaslanan özünün LLaMA dil modelini işə salır.
Bu barədə şirkətin rəhbəri Mark Zukerberq feysbuk səhifəsində yazıb.
"Bu gün biz tədqiqatçılara işlərini inkişaf etdirməyə kömək edəcək LLaMA adlı yeni müasir böyük dil modelini işə salırıq", – o bildirib.
M.Zukerberqin sözlərinə görə, dil modeli mətnin yaradılmasında, söhbətlərdə, yazılı materialın ümumiləşdirilməsində və riyazi teoremlərin həlli və ya zülal strukturlarının proqnozlaşdırılması kimi daha mürəkkəb tapşırıqlarda perspektiv nümayiş etdirib.
Eyni zamanda şirkət xəbərdarlıq edib ki, böyük dil modellərində qərəz, toksik şərhlər və halüsinasiyalar risklərini aradan qaldırmaq üçün hələ daha çox araşdırma tələb olunur.
LLaMA-ya giriş fərdi əsasda akademik tədqiqatçılara, dövlət və ictimai təşkilatlara, dünya üzrə tədqiqat laboratoriyalarına təmin ediləcək. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən varlı 10 adamı
IBAN nədir?