Müəllimlərin sertifikasiyasının nəticələri açıqlandı
"Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"na uyğun olaraq cari ilin 30 avqust - 1 sentyabr və 13 sentyabr tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçirilib.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
12-19 sentyabr tarixlərində isə sertifikatlaşdırmanın müsahibə mərhələsi keçirilib. Həmin mərhələdə 8707 nəfər təhsilverən iştirak edib və onlardan 8676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
Yerli təhsili idarəetmə orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar təqdim olunacaq.
Sertifikatlaşdırmadan keçmiş 3086 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5590 təhsilverən isə 10 faiz əlavə alacaq.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyanın ən varlı 10 müğənnisi
Az pulla hansı işi qurmaq olar?
CV-nin tərtib edilməsi prinsipləri
Bitcoin necə işləyir?
"iPhone 15" modelinin üstünlükləri